Super Liqa klubu Reynaldo üçün “Qarabağ”a təklif göndərdi

Türkiyə Super Liqasında çıxış edən “Gənclərbirliyi” klubu transfer çalışmalarını davam etdirir.
Offside.com.az xəbər verir ki, baş məşqçi Ümit Özatın tələbi ilə komanda “Qarabağ”ın hücumçusu Reynaldo üçün hərəkətə keçib. Super Liqa klubu braziliyalı futbolçunu mövsümün sonuna qədər icarəyə götürmək istəyir.
Ankara klubu artıq “Qarabağ”a rəsmi təklif də göndərib. Transferin bir neçə gün ərzində reallaşacağı gözlənilir.
Qeyd edək ki, Reynaldo bu mövsüm “Qarabağ”ın heyətində 6 qol vurub. 27 yaşlı futbolçu 2013-cü ildən Ağdam klubunda çıxış edir.
Əlavə edək ki, “Gənclərbirliyi” Türkiyə Super Liqasında 16 turdan sonra 22 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

sportal.az

1,707 baxış