“Qalatasaray” yeni müdafiəçi alır

Türkiyənin “Qalatasaray” klubu heyətinə daha bir futbolçu cəlb edəcək.
Offside.com.az xəbər verir ki, İstanbul klubu Rusiya “Zenit”inin və Belçika millisinin müdafiəçisi Nikolas Lombertsi transfer edir.

Belçika mətbuatı Lombertslə  bugünlərdə müqavilə imzalanacağını yazıb. “Zenit”in baş məşqçisi Mirça Luçeskunun futbolçunun keçidinə razılıq verdiyi bildirilir.

Qeyd edək ki, 31 yaşlı mərkəz müsafiəçisi 2007-ci ildən Sankt-Peterburq klubunda çıxış edir.

81 baxış