“Neftçi”nin növbəti rəqibi Özbəkistan klubu olacaq

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi” PFK növbəti yoxlama oyununu yanvarın 11-də keçirəcək. Offside.com.az xəbər verir ki, rəqib Özbəkistanın “Nasaf” klubu olacaq. “Bellis Deluxe” otelinin meydançasında baş tutacaq görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Xatırladaq ki, “Neftçi” hazırlıq çərçivəsində keçirdiyi ilk yoxlama oyununda Türkiyənin “Sivasspor” klubu ilə qarşılaşmışdı.
50 baxış