Kamran Ağayev oynadı, “Boavişta” qalib gəldi (Video)

Portuqaliya Premyer Liqasının XVI turunda millimizin futbolçuları Emin Mahmudovla Kamran Ağayevin çıxış etdiyi “Boavişta” doğma azarkeşləri önündə “Vitoriya” Setubalı qəbul edib.
Offside.com.az xəbər verir ki, Kamranın 90 dəqiqə oynadığı, Eminin isə ehtiyatda qaldığı qarşılaşmada Portu təmsilçisinin 1-0 hesablı qələbə qazanıb.
“Boavişta” bu qələbə sayəsində xallarının sayını 20-ə çatdırıb və turnir cədvəlinin 9-cu pilləsinə yüksəlib.

1,118 baxış