İqnasio Herrera “Neftçi”yə qoşuldu

Offside.com.az xəbər verir ki, “Neftçi” PFK-nın bir neçə gün əvvəl transfer etdiyi çilili futbolçu İqnasio Herrera dünən axşam saatlarında komandanın düşərgəsinə gəlib. Hücumameyilli yarımmüdafiəçi bu gün komanda ilə məşqlərə çıxıb.
Xatırladaq ki, “Neftçi” ilə 1 illik müqaviləyə imza atmış Herrera indiyədək Çilinin “Reyncers”, “Huaçipato”, “Maqalyanes”, “Kobreloa”, “Deportes İkike”, İspaniyanın “Real Betis” B və Qazaxıstanın “İrtış” klubunda çıxış edib.
205 baxış