“Fənərbaxça” ciddi itki ilə üzləşdi

Türkiyənin “Fənərbaxça” klubu ciddi itki ilə üzləşib.
Offside.com.az xəbər verir ki, “sarı-lacivərtlilər”in aparıcı oyunçularından olan Volkan Şen sıradan çıxıb. 29 yaşlı yarımmüdafiəçi İstanbul təmsilçisinin “Dənizlispor” ilə keçirdiyi yoldaşlıq görüşündə zədə alıb.
Aparılan tibbi müayinədən sonra Türkiyə millisinin üzvünün vəziyyətinə aydınlıq gəlib. Təcrübəli futbolçunun sol ayağının əzələsində yırtıq aşkarlanıb. Bu səbəbdən Volkanın azı 1 ay futbol oynaya bilməyəcəyi məlum olub.
99 baxış