Dəniz Yılmaza rəqib gəldi

Millimizin üzvü Dəniz Yılmazın komandası “Bursaspor” heyətinə yeni futbolçu qatıb. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Superliqa təmsilçisi Yılmazın da çıxış etdiyi hücum xəttini gücləndirib.
Belə ki, bursalılar “Gənclərbirliyi”nin rumıniyalı forvardı Boqdan Stanku ilə anlaşıblar. Türkiyədə “Qalatasaray” və “Orduspor”un da formalarını geyinmiş hücumçu ikinci dövrədən etibarən “Bursaspor”un uğurları üçün çalışacaq.
Qeyd edək ki, bu mövsüm “Gənclərbirliyi”nin heyətində 10 oyun keçirən Stanku aktivinə 2 qol yazdırıb.

apasport.az

85 baxış