“Bəzən mənim ideyalarım özünü doğrultmur” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola bu mövsüm komandasının bəzi oyunlardakı uğursuz çıxışına görə məsuliyyəti öz üzərinə götürüb.
Offside.com.az xəbər verir ki, o bildirib ki, bəzən üç müdafiəçi ilə oynamaq istəsə də, bu, alınmır:
“Bunun də təqsiri futbolçuda yox, birbaşa məşqçidədir. Məşqdə futbolçuların nə qədər əzmlə çalışdıqlarını görürəm. Birinci növbədə məşqçi özünə baxmalıdır. O, futbolçuları arasında sağlam münasibət yaratmalıdır. Və bunu aqressiv hərəkətlərdən qaçaraq yumşaq formada etməlidir. Bu, mənim işimdir. Onlarla danışmalı və kömək etməliyəm. Bir çox halda komanda pis oynayıbsa, günah məndədir. Bəzən burada mənim ideyalarım özünü doğrultmur. Çünki hələ futbolçuları tanımaq, onların potensialını öyrənmək mərhələsindəyəm. Mən İngiltərəni başqa futbol ölkəsi ilə dəyişmək fikrində deyiləm. Böyük ehtimalla özüm dəyişməliyəm. Buna görə də mən İngiltərədəyəm”.
72 baxış