“Samsunspor” Ramil Şeydayevdən niyə imtina edib?

“Samsunspor”un baş məşqçisi Osman Özköylü “Trabzonspor”un futbolçusu Ramil Şeydayevi icarəyə götürəcəyi haqda iddialara münasibət bildirib.
Offside.com.az xəbər verir ki, o, bu xəbərləri təkzib edib.
“Ramil Şeydayev və Serge Oqnadon üçün bizə “Trabzonspor”dan təklif gəldi. Ancaq təklifi qəbul etmədik. Ramil təcrübəsiz oyunçudur. Ona görə risk etmədik”.
Qeyd edək ki bir müddət əvvəl Türkiyə mətbuatı millimizin hücumçusu R.Şeydayevin “Samsunspor”un düşərgəsinə qoşulduğunu yazmışdı.
1,372 baxış