Dortmundlular rus oyunçu üçün 10 milyon avro təklif edir

“Krasnodar” klubunun və Rusiya yığmasının hücumçusu Fyodor Smolov “Borussiya” Dortmundun maraq dairəsinə düşüb. Bu  haqda “Bild” məlumat yayıb. Dortmundlular 26 yaşlı oyunçu üçün 10 milyon avro ödəməyə hazırdır. Rus futbolçunun Çinə yollanması gözlənilən Adrian Ramosu əvəzləyəcəyi deyilir.
84 baxış