“Boavişta”nın növbəti sınağı

Azərbaycan millisinin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi “Boavişta” bu gün Portuqaliya çempionatında növbəti – 16-cı turun oyununa çıxacaq.

Portu təmsilçisi doğma meydanda “Setubal” komandasını qəbul edəcək. Hər iki futbolçumuzun əsas heyətdə meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, 15 oyundan sonra “Boavista” 17 xalla 11-ci, “Setubal” isə 19 xalla 9-cu yeri tutur.

61 baxış