“Neftçi” ilk oyununu keçirdi

Yeni transferlərlə heyətini gücləndirən "Neftçi" Antalyada ilk yoxlama görüşünü keçirib. Offside.com.az xəbər verir ki flaqmanın ilk rəqibi "Sivasspor" klubu olub.  Qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada hesab açılmayıb. "Sivasspor" - "Neftçi" - 0:0 İstifadə edilməyən penalti: "Sivasspor", 51 (Maksim Vaylo) “Neftçi”: 33.Boban Baykoviç (53. Maksim Vaylo, 46), 14.Kirilo Petrov, 6.Pavel Dreksa, 29.Georgi Navalovski (22.

“İnterin” yarımmüdafiəçisi rəsmən “Palmeyras”da

İtaliya "İnter"i braziliyalı yarımmüdafiçisi Felipe Melo ilə yollarını ayırıb. Offside.com.az xəbər verir ki heyətə düşə bilməyən futbolçu vətəninə qayıdıb. 33 yaşlı futbolçu azad agent kimi "Palmeyras" klubuna qoşulub. Qeyd edək ki 2015-ci ildə "Qalatasaray"dan "İnter"ə keçən futbolçu 31 oyunda 1 qol vurmağı bacarmışdı.

Xorvatiyalı futbolçu “Neftçi”də baxışda

Hazırda Antalya hazırlığını davam etdirən “Neftçi” PFK-nın düşərgəsində baxışda olan 1 futbolçu var. Offside.com.az, bu haqda klubun rəsmi Feysbuk səhifəsi məlumat yayıb. Bildirilir ki, xorvatiyalı Damir Vidoviç hücumçu mövqeyində çıxış edir. 28 yaşlı hücumçunun “Sivasspor” klubu ilə oyunda meydana çıxacağı gözlənilir. Qeyd edək ki, Vidoviç ölkəsində son olaraq “Sibaliya”da oynayıb.

Dortmundlular rus oyunçu üçün 10 milyon avro təklif edir

"Krasnodar" klubunun və Rusiya yığmasının hücumçusu Fyodor Smolov "Borussiya" Dortmundun maraq dairəsinə düşüb. Bu  haqda "Bild" məlumat yayıb. Dortmundlular 26 yaşlı oyunçu üçün 10 milyon avro ödəməyə hazırdır. Rus futbolçunun Çinə yollanması gözlənilən Adrian Ramosu əvəzləyəcəyi deyilir.

“İnter” əzmkar qələbə qazandı (video)

Yeni məşqçinin gəlişi ilə yüksəlişdə olan "İnter" klubu yeni ilə qələbə ilə başladı. "Udineze"nin qonağı olan "nerazzura" hesabda geri düşdüyü oyunu Perişiçin vurduğu 2 qolla qələbə ilə bitirməyi bacardı: 1-2