Türkiyə millisinin üzvü “Volfsburq”da

Almaniyanın “Volfsburq” klubu  heyətinə  yeni futbolçu cəlb edib.

Offside.com.az xəbər verir ki,  Bundesliqa təmsilçisi Yuliyan Drakslerin “PSJ”yə keçidi sonrası onun yerinə Türkiyə millisinin və “Maynts”ın üzvü Yunus Mallını transfer edib.

Türkiyəli futbolçu ilə 4,5 illik müqavilə imzalanıb. “Volfsburq”  24 yaşlı hücumçu üçün qarşı tərəfə 12,5 milyon avro ödəyib.

Qeyd edək ki, 2011-ci ildən “Maynts”da çıxış edən Yunus Mallı cari mövsüm  24 oyunda meydana çıxıb və  8 qol vurub. Futbolçu həmçinin “Maynts” tarixinin Bundesliqada ən çox qol vuran futbolçusudur.

84 baxış