“Penalti qərarı oyunda dönüş nöqtəsi oldu”

“FA Cup” turnirində “Vest Hem” – “Mançester Siti” (0-5) oyununun ardından ev sahiblərinin baş məşqçisi Slaven Biliç jurnalistlərin suallarını cavablandırıb. O, penalti qərarının oyuna ciddi təsir etdiyini bildirib:
“Penalti qərarı oyunda dönüş nöqtəsi oldu, çünki həmin ana qədər biz çox yaxşı oynayırdıq. Hesabı bərabərləşdirmək üçün çox yaxşı şanslarımız oldu, ancaq onlardan istifadə edə bilmədik. Ciddi səhvlər buraxdıq və hesab böyüdü. Bu gün bizim üçün çox pis keçdi”.
88 baxış