“Mançester Siti” “Bavariya”nın futbolçusunu istəyir

“Mançester Siti” heyətini gücləndirmək istiqamətində fəaliyyətini davam etdirir.
Offside.com.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Bavariya”nın mwdafiəçisi Holger Batştuberin xidmətində maraqlıdı. “Şəhərlilər” Almaniya millisinin üzvünü icarə əsasında heyətinə qatmaq istəyir. Belə ki müdafiə xəttində ciddi problemlər yaşayan Qavardiola bu problemin həlli yolunda çalışır.
Qeyd edək ki, 27 yaşlı müdafiəçi 2007-ci ildən “Bavariya”da çıxış edir. O, Münhen təmsilçisinin heyətində 118 qarşılaşmada meydana çıxıb. Futbolçu tez-tez zədələnməsi ilə daha çox diqqətləri cəlb edir.
114 baxış