“Bavariya”nın futbolçusu 40 milyonluq təklifi rədd etdi

“Bavariya”nın polyak hücumçusu  Robert Levandovski Çin klubunun rekord məbləğdə təklifini rədd edib.
Offside.com.az xəbər verir ki, bu barədə polşalı hücumçunun agenti Sezar Kuçarski məlumat verib. O deyib ki, Çin klublarından biri R.Levandovskiyə illik 40 milyon avro qazanacağı müqavilə təklif edib. Ancaq o, bu təklifi müsbət cavablandırmayıb.
Qeyd edək ki, Levandovski 2014-cü ildən “Bavariya”nın heyətində çıxış edir.
81 baxış