“Badştuber yaxşı futbolçudur, amma o, hələ “Bavariya”da oynayır”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Holger “Bavariya”nın müdafiəçisi Holger Badştuberin mümkün transferi haqda danışıb. Pep bunları deyib:
“Qışda oyunçu almağın mümkün olub-olmadığını götür-qoy edirik. Holgeri yaxından tanıyıram. O, əla oyunçudur və gözəl insandır, amma hələ “Bavariya”da oynayır. Əlbəttə, ilk növbədə biz onun özü ilə danışmalıyıq. Hal-hazırda heç bir oyunçu adı çəkilmir. 10 gün istirahət imkanımız var. Bu vaxtdan istifadə etməliyik”.
78 baxış