“Yuve” 40 milyon avro ilə “Lion”un qapısını döyməlidir

“Yuventus” “Lion”un yarımmüdafiəçisi Korenten Tolisso ilə maraqlanır.

Fransa təmsilçisi 22 yaşlı futbolçu üçün 40 milyon avro tələb edir.

Üstəlik, “Lion”un prezidenti Jan-Mişel Olas bəyan edib ki, Tolissonun satışı yanvarda deyil, yalnız yayda mümkündür.

Qeyd edək ki, “Yuventus” da gənc yarımmüdafiəçini mövsüm başa çatdıqdan sonra heyətinə qatmağı planlaşdırır.

qol.az

70 baxış