Obameyanq hər kəsi təəccübləndirdi

Dünən Nigeriyada “CAF Awards” qala gecəsi keçirilib. Gecənin ən maraqlı məqamlarından biri isə Obameyanqla bağlıdır. Qabonlu futbolçu mərasimə rəsmi geyimdə gələ bilməyib. Səbəbi isə Frankfurt-Nigeriya reysində “Lufthanza”nın onun baqajını itirməsidir. Buna görə də Obameyanq qala gecəsində təyyarədəki geyimi ilə – butslar, futbolka, idman şalvarı və beysbolkada iştirak etməli olub.

144 baxış