“Mançester Siti son 5-6 ildə dünyanın ən güclü klublarından biridir”

“Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola “Manchester Evening News”a müsahibə verib. Katalan mütəxəssis bunları deyib:
“Mən “Siti”ni “Liverpul”, “M.Y”, Barselona”, “Real” Madrid kimi klublarla müqayisə edəndə titul sayını nəzərdə tuturdum. Əgər mənim sözümü səhv anlamısızsa, üzr istəyirəm.
Əgər klubları son 20 ildə qazandıqları titullara görə müqayiə etsək, “Mançester Yunayted” daha irəlidədir. Ancaq son 5-6 ildə “Siti” dünyanın ən güclü klublarından biridir”.
79 baxış