“Kəpəz”dən 3 günə 4 oyun

“Kəpəz”in qış təlim-məşq toplanışı müddətində keçirəcəyi yoxlama oyunlarında rəqibləri müəyyənləşib.
Offside.com.az xəbər verir ki, üç günə dörd yoxlama matçına çıxacaq komanda Premyer Liqa və I divizion klubları ilə qarşılaşacaq.
“Sarı-göylər” yanvarın 17-də saat 11:00-da MOİK, saat 15:00-da AZAL-la görüşəcək. Yanvarın 19-da Nizami yurdunun təmsilçisi günün ilk yarısında (saat 11:00-da) “Qaradağ Lökbatan” ilə, ikinci yarısında isə (saat 15:00-da) “Zirə” ilə üz-üzə gələcək. “Zirə”yə qarşı görüş rəqibin meydançasında keçiriləcəksə, digər bütün oyunlar “Dalğa Arena”da gerçəkləşəcək.
Gəncə klubu yoxlama matçlarına iki fərqli heyətlə çıxacaq.
43 baxış