30 milyon avronu rədd etdi

Karlo Bakka Çin klublarının hədəfinə düşüb. Bir neçə gün əvvəl bu ölkənin 3 klubu kolumbiyalı forvardın xidmətində maraqlı olduğunu bəyan etmişdi.
“Milan”ın hücumçusu üçün “Tyanzin Çyuanzyan”, “Quançjou Everqrand” və “Şanxay Şenxua” 30 milyon ödəməyə hazırdı.

Daha bir təklif isə “Beyjinq Qoan”dan gəlib. Pekinlilər “Milan”a 30 milyon ödəməklə yanaşı, Bakkanın özünə də bu qədər təklif edir.

Kolumbiyalı isə iş yerini dəyişmək fikrində deyil.

Qeyd edək ki, təcrübəli forvard bu mövsüm “A” seriyasında 14 oyunda 6 dəfə fərqlənib.

apasport

202 baxış