“Qalatasaray” iki futbolçusundan “canını qurtardı”

“Qalatasaray” iki futbolçusundan “canını qurtarıb”.  Offside.com.az xəbər verir ki, komanda Lukas Ontivero və Cem Paul Karacan ilə yolları ayırıb. Transfer edildikdən bu yana kluba heç bir xeyir verməyən və heyətə düşməkdə çətinlik çəkən oyunçularla müəyyən məbləğ qarşılığında qarşılıqlı anlaşma əldə edilib və müqavilələri ləğv edilib. “Cimbom” argentinalı Ontiveroya 550, Karacana isə

FIFA “Ən yaxşı” mükafatı – FOTO

FIFA "Ən yaxşı" mükafatını təqdim edib. Bu ay bu mükafatın ilk sahibi məlum olacaq. Son üç namizəd arasında Lionel Messi, Kriştiano Ronaldo və Antuan Qrizman var. Qalib 9 yanvar Sürixdə keçiriləcək "Ən yaxşı FIFA mükafatlar" qala gecəsində bilinəcək.

Obameyanq hər kəsi təəccübləndirdi

Dünən Nigeriyada "CAF Awards" qala gecəsi keçirilib. Gecənin ən maraqlı məqamlarından biri isə Obameyanqla bağlıdır. Qabonlu futbolçu mərasimə rəsmi geyimdə gələ bilməyib. Səbəbi isə Frankfurt-Nigeriya reysində "Lufthanza"nın onun baqajını itirməsidir. Buna görə də Obameyanq qala gecəsində təyyarədəki geyimi ilə - butslar, futbolka, idman şalvarı və beysbolkada iştirak etməli olub.

“A Seriyası”nda 19-cu turun oyunları

Sabah "İtaliya A Seriyası"nda 19-cu turun oyunlarına start verilir. Turun oyunları bunlardır: 7 yanvar 21:00 "Empoli" - "Palermo" 23:45 "Napoli" - "Sampdoriya" 8 yanvar 15:30 "Udineze" - "İnter" 18:00 "Kyevo" - "Atalanta" 18:00 "Cenoa" - "Roma" 18:00 "Latsio" - "Krotone" 18:00 "Peskara" - "Fiorentina" 18:00 "Sassuolo" - "Torino" 21:00 "Milan" - "Kalyari" 23:45 "Yuventus" - "Bolonya"

“FA Cup”da 1/32 final mərhələsi start götürür

6 yanvar 23:55 "Vest Hem" - "Mançester Siti" 7 yanvar 16:30 "Mançester Yunayted" - "Ridinq" 19:00 "Akkrinqton" - "Laton" 19:00 "Barrou" - "Roçdeyl" 19:00 "Birmingem" - "Nyukasl" 19:00 "Blekpul" - "Barnsli" 19:00 "Bolton" - "Kristal Palas" 19:00 "Brentford" - İstli" 19:00 "Brayton" - "MK Dons" 19:00 "Bristol Siti" - "Flitvud" 19:00 "Everton" - "Lester Siti" 19:00 "Hall Siti" - "Suonsi Siti" 19:00 "Haddersfild" -

“La Liqa Santander”də 17-ci tur start götürür

Bu gecə "La Liqa Santander"də 17-ci turun oyunları start götürür. Turun oyunları bunlardır: 6 yanvar 23:45 "Espanyol" - "Deportivo" La Korunya 7 yanvar 16:00 "Real" Madrid - "Qranada" 19:15 "Eybar" - "Atletiko" Madrid 21:30 "Las Palmas" - "Sportinq" Xixon 23:45 "Real Sosyedad" - "Sevilya" 8 yanvar 15:00 "Atletik" Bilbao - "Alaves" 19:15 "Real Betis" - "Leqanes" 21:30 "Selta" Viqo - "Malaqa" 23:45

“Cavab oyununda qalib gəlməliyik”

"Barselona"nı n yarımmüdafiəçisi Serxio Buskets "Kral Kuboku"nda "Atletik" Bilbaoya məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb. O, bunları deyib: "Messinin qolu bizi oyunda saxladı. Cavab oyununda daha yaxşı oynamalı və mütləq qalib gəlməliyik". Komandalar arasında cavab oyunu yanvarın 11-də baş tutacaq.

Mandanda “Kristal Palas”da qalacaq

"Kristal Palas"ın qapıçısı Stiv Mandanda bu qış klubu tərk etməyəcəyini bildirib. Bir müddət gəzən şayiələrdə 31 yaşlı qapıçının keçmiş klubu "Olimpik" Marsellə əlaqəyə keçdiyi və Fransaya qayıtmaq istədiyi deyilirdi. Ancaq deyilənlər həqiqəti əks etdirmədi. "L'Equip"in yazdığına görə, Mandanda ən azı mövsümün sonunadək London klubunda qalacaq.

“Mançester Siti son 5-6 ildə dünyanın ən güclü klublarından biridir”

"Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiola "Manchester Evening News"a müsahibə verib. Katalan mütəxəssis bunları deyib: "Mən "Siti"ni "Liverpul", "M.Y", Barselona", "Real" Madrid kimi klublarla müqayisə edəndə titul sayını nəzərdə tuturdum. Əgər mənim sözümü səhv anlamısızsa, üzr istəyirəm. Əgər klubları son 20 ildə qazandıqları titullara görə müqayiə etsək, "Mançester Yunayted" daha irəlidədir.

Şnayderlin “Everton”da tibbi baxışdan keçir

"Everton" klubu "Mançester Yunayted"in yarımmüdafiəçisi Morqan Şnayderlini transfer etməyə yaxındır. "Manchester Evening News"in yazdığına görə, 27 yaşlı oyunçu "Everton"da tibbi müayinədən keçir. Daha sonra oyunçu ilə klub arasında müqavilə imzalanacaq.