“Qarabağ”ı UEFA-nın rekordçular siyahısına düşməkdən 3 xal ayırıb

Öz ölkəsinin çempionatını ən böyük fərqlə başa vuran Avropa komandaların siyahısı açıqlanıb.  UEFA 25 və daha çox xal fərqi ilə çempion tituluna yiyələnən 7 komandanı müəyyənləşdirib.
Cədvəldə 7 klub yer alıb. Fransanın PSJ klubu 2015/16 mövsümündə 2-ci yeri 31 xal arxada qoyub. Bu, UEFA-ya üzv ölkələr üçün mütləq rekorddu.
2013/14 mövsümündə 29 xallıq üstünlüklə Şotlandiya çempionu olan “Seltik” 2-cidi. “Olimpiakos” (Yunanıstan) 2015/16, “Dinamo” (Zaqreb, Xorvatiya) 2007/08 mövsümündə 28 xallıq fərq yarada bilib.
Avropa zonasına daxil olan postsovet təmsilçiləri arasında rekordçu olan Latviya “Skonto”su Avropada 5-cidi. Riqalılar 1997-ci ildə 27 xal üstünlük qazanıb. İki komanda isə izləyicisini 26 xal qabaqlayıb. 2010/11 mövsümündə “Kopenhagen” Danimarkada, 1997/98 mövsümündə “Barri Taun” Uelsdə hamıdan güclü olub.
Azərbaycan çempionatlarının rekordu isə “Qarabağ”a məxsusdu. Ağdam təmsilçisi ötən mövsüm “Zirə”ni 22 xal arxada qoyub. 84 xalla çempion olan əyalət klubunun UEFA-nın rekordçular siyahısına düşməkdən 3 xal ayırıb.
Qeyd edək ki, “Qarabağ”a qədər rekord “Kəpəz”ə məxsus idi. Gəncəlilər 1997/98 mövsümündə 16 xallıq üstünlüyə nail olmuşdu.

apasport

118 baxış