Millimizin üzvü “Qarabağ”a keçir

“Qarabağ” milli komandamızın və Bakı “İnter”inin futbolçusu Ağabala Ramazanovu transfer edir.

Bu barədə Qol.az-a Ağdam klubunun direktoru Əmrah Çəlikəl məlumat verib. Yaxın günlərdə 23 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalanacağı nəzərdə tutulub.

Tərəflər arasında müqavilə imzalanmadağından futbolçu “Qarabağ”ın bu gündən başlayan təlim-məşq toplanışına qoşulmayıb.

Qeyd edək ki, Ramazanovun “Neftçi”yə keçidi gündəmdə idi.

2,532 baxış