“Qalatasaray”da qapıçı problemi yaşanır

"Qalatasaray" problemində qapıçı problemi yaşanır. Hazırda Antalyada məşqlərini davam etdirən "Cim-Bom"da Muslera barmağının qırılması səbəbi ilə məşqləri dayandırıb. Cenk Gönenin də əməliyyat olunması səbəbi ilə ümidlər 3-cü qapıçı Eray İşcana qalmışdı. Yenicə yayılan məlumata görə, Eray İşcan da zədələnərək düşərgəni tərk edib. Hazırda komandada yeganə qapıçı U21 oyunçusu Batuhan Ahmet

“Messi sadə oğlandır, ancaq çoxları bunu bilmir”

"Mançester Siti" klubunun hücumçusu Serxio Aquero Leo Messi haqda danışıb. "FIFA.com"a müahibə verən futbolçu bunları deyib: "Leoya sadəcə 'salam' deməlisən ki, artıq onun necə yaxşı insan olduğunu başa düşəsən. Bunu çox adam bilmir, çünki o, etdiklərinin televiziyada yayımlanmasını və ya ictimaiyyətin bilməsini istəmir. Messi sadəoğlandır, ancaq çoxları bunu bilmir.O, zarafatcıldır. Messinin

“Yarım ildən sonra karyeramı bitirməyi düşünmürəm”

"Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiola bir neçə gün öncə məşqçilik karyerası haqda dediyi sözlərə aydınlıq gətirdi. "AS"a müsahibə verən katalan məşqçi bunları deyib: "Mən 60 yaşıma kimi məşqçilik etməyəcəyimi demişəm. Ancaq mənim hələ 45 yaşım var. Yarım ildən sonra karyeramı bitirmək fikrində deyiləm. İşimi sevirəm və işləmək üçün ən

“UEFA.com” ilin 11-liyini açıqladı

UEFA.com saytında istifadəçilər arasında keçirilən səsvermə başa çatdı. Səsvermənin yekununda 2016-cı ilin ən yaxşı 11-liyi məlum oldu. Heyətdə "Real" Madriddən 4, "Barselona"dan 3, "Yuventus"dan 2, "Bavariya" və "Atletiko" Madriddən 1 futbolçu yer alır.

Millimizin üzvü “Qarabağ”a keçir

"Qarabağ" milli komandamızın və Bakı "İnter"inin futbolçusu Ağabala Ramazanovu transfer edir. Bu barədə Qol.az-a Ağdam klubunun direktoru Əmrah Çəlikəl məlumat verib. Yaxın günlərdə 23 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalanacağı nəzərdə tutulub. Tərəflər arasında müqavilə imzalanmadağından futbolçu "Qarabağ"ın bu gündən başlayan təlim-məşq toplanışına qoşulmayıb. Qeyd edək ki, Ramazanovun "Neftçi"yə keçidi gündəmdə idi.

“Torino” yeni oyunçusunu ictimaiyyətə təqdim etdi

"Torino" klubu qış transfer pəncərəsində ilk transferini reallaşdırıb. Turinlilər "Roma"nın yarımmüdafiəçisi Xuan İturbeni mövsümün sonunadək icarəyə götürüb. Mövsüm bitdikdən sonra "öküz"lər 14 milyon avro ödəməklə oyunçuya birbaşa sahib çıxa bilərlər. Qeyd edək ki, İturbe bu mövsüm paytaxt təmsilçisinin heyətində cəmi 5 oyunda iştirak etmək şansı qazanıb.

Haliloviç üçün ispan klubları sıraya düzülüb

Hazırda "Hamburq"da forma geyinən Alen Haliloviç "La Liqa"ya qayıda bilər. Bu haqda Xorvatiyanın nüfuzlu "Sportske Novosti" nəşri məlumat yayıb.  Gənc oyunçu ilə İspaniyanın 3 klubu - "Vilyarreal", "Espanyol" və "Selta" Viqo yaxından maraqlanır. 2016-nın yayında "Barselona"dan "Hamburq"a keçən xorvat yarımmüdafiəçi alman klubunun heyətinə düşməkdə çətinlik çəkir. Maraq üçün qeyd edək

Ramil Şeydayev “Trabzonspor”dakı aqibətinə aydınlıq gətirdi

Azərbaycan Milli komandasının üzvü Ramil Şeydayev azerisporta verdiyi açıqlamada, Türkiyə mətbuatında yayılan onun "Samsunspor"un düşərgəsinə qoşulduğu barədə  xəbərləri təkzib edib. "Xəbər yayılıb ki, mən "Samsunspor"un düşərgəsindəyəm, bu düzgün xəbər deyil. Bəli mən Antalyadayam və məşq edirəm ama "Trabzonspor"un bazasında. Biz Türkiyə Super Liqasının ikinci dövrəsinə hazırlaşırıq. İkinci dövrəni isə hansı klubda

“…milliyə çağrıldığımı eşidəndə şoka düşdüm” – Filip Ozobiç

“Qəbələ”nin xorvatiyalı futbolçusu Filip Ozobiç UEFA-nın rəsmi saytına müsahibə verib. Apasport.az saytı yarımmüdafiəçinin milli komandaya çağrılması, klubundakı çıxışı və Azərbaycan futbolu haqqında danışdığı müsahibəni ixtisarla təqdim edir. - İstirahət necə gedir? - Hər şey əladı. Bir neçə gün futboldan uzaqlaşdım. Özümə, ailəmə, yaxınlarıma vaxt ayırdım. Daha sonra isə şəxsi məşqlərə başladım. Yanvarın

“Şəmkir” Qazaxıstan klubuna qarşı

Qazaxıstanın “Altay” klubu Azərbaycan təmsilçisi ilə qarşılaşacaq. Bu barədə birinci divizion təmsilçisi öz saytından xəbər yayıb. Bildirilib ki, Semey təmsilçisi ölkəmizin I divizionunda çıxış edən “Şəmkir”lə qarşılaşacaq. Qarşılaşma hər iki komandanın hazırlıq keçəcəyi Türkiyənin Antalya şəhərində keçiriləcək. apasport