Çin klubundan Obameyanqa 150 milyon avroluq təklif

Heyətində Cekson Martinez, Tevez, Oskar və Halk kimi oyunçuları olan Çinin "Şanxay SPİG" klubu bu dəfə Dortmund "Borussiya"sının futbolçusunu heyətinə qatmaqda israrlıdır. Offside.com.az xəbər verir ki, sözügedən klub Bundesliqa təmsilçisinin qabonlu futbolçusu Pierre-Emerik Obameyanqı transfer etmək istəyir. Məlumata görə, Çin klubu futbolçu üçün "Borussiya"ya 150 milyon avro ödəməyə hazırdır. Bundan əlavə,

Kolodzecak rəsmən “alman klubu”nda!

Fransız müdafiəçi Timote Kolodzecak bundan sonra karyerasını Almaniyada davam etdirəcək. Futbolçu "Borussiya" Münhenqladbaxa transfer olunub. 25 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanıb. Kolodzecakın klubdakı debütünün "Darmştadt"la oyunda baş tutacağı gözlənilir.

“Burada keçirdiyim 1 ildə bütün saçlarımı tökmüşəm”

"Real" Madrid klubunun baş məşqçisi Zinədin Zidan "Marca"ya müsahibə verib. Fransalı mütəxəssis "kral klubu"nda işləməyin çətinliyindən danışıb: "Burada keçirdiyim 1 ildə olan-qalan saçımı da tökmüşəm. İndi stressim nisbətən azalıb. Mən hər zaman inkişaf etmək, daha da artırmaq istəyirəm. Bu, hər zaman önəmlidir. Bu haqda futbolçularıma da deyirəm. Futbolu dəlicəsinə sevirəm. Öz

Şnayderlinlə maraqlananlar sırasına daha bir klub qoşuldu

"Mançester Yunayted"in yarımmüdafiəçisi Morqan Şnayderlin karyerasını Fransada davam etdirə bilər. Oyunçu ilə "Olimpik" Marsel klubu yaxından maraqlanır. Bu haqda "The Sun" məlumat verir. Fransız oyunçu klubda Joze Mourinyonun planlarına daxil deyil və qış transfer dövründə başqa kluba keçəcəyi gözlənilir. Şnayderlinin transfer dəyərinin 20 milyon avro olduğu deyilir.

“Şəhərlilər”in oyunçusu 4 oyunluq cəzalandı

"Premyer Liqa"nın 20-ci turunda "Bernli" ilə oyunda birbaşa qırmızı vərəqə alaraq meydandan qovulan "Mançester Siti"nin yarımmüdafiəçisi Fernandinyonun cəzası məlum olub. Nizam-İntizam Komitəsi yarımmüdafiəçini 4 oyunluq diskvalifikasiya edib. Bununla, braziliyalı "Everton", "Tottenhem", "Vest Hem" və "Suonsi" ilə oyunları buraxmalı olacaq.

Nigeriyalı futbolçunun zəif çıxışının səbəbi məlum oldu

"Uotford"un nigeriyalı hücumçusu İsaak Saksesin zəif çıxışının səbəbləri açıqlanıb. Futbolçunun vətənində çıxan "African Football" nəşri maraqlı bəyanat yayıb. Onlar hücumçunun lənətləndiyini iddia edirlər. Xəbərdə deyilir: "Afrikada kimlərinsə uğurlarının paxıllığını çəkən insanlar var. Yerli şamanlardan biri İsaakı lənətləyib". Qeyd edək ki, 2016-nın yayında "Qranada"dan transfer edilən Sakses bu mövsüm meydana çıxdığı 8

“Rəqiblərimiz bizim liderliyimizdən qıcıqlanır”

"Çelsi" klubunun baş məşqçisi Antonio Konte "Goal"a müsahibə verib. İtalyan mütəxəssis çempionatdakı vəziyyətləri haqqında danışıb: "Təqvimi mən düzəltmirəm. Düşünürəm ki, bu, ən sadə cavabdır. Rəqiblərimizi təqvim yox, bizim liderliyimiz qıcıqlandırır. "Tottenhem"dən daha artıq istirahət şansımız var. Biz yalnız qarşımızdakı oyunlara diqqətimizi yönəltməliyik, başqalarının dediklərinə yox".

“Kəpəz”də Dario Federiko ilə bağlı maraqlı qərar

Azərbaycana gəldiyi gündən “Kəpəz”in braziliyalı futbolçusu Dario Federiko oyunuyla hamının diqqətini üzərinə çəkə bildi. Amma ötən mövsüm çempionatın hələ ilk yarısında aldığı zədə üzündən xeyli müddət yaşıl meydanlardan kənar qaldı. Bu mövsüm də eyni hal təkrarlandı, Dario çox yaxşı oyun sərgilədiyi bir dönəmdə yenə zədələndi. Ən maraqlısı odur ki, braziliyalı futbolçu

Günün canlı yayımları AFİŞA

Offside.com.az günün canlı yayımlanacaq oyunlarını təqdim edir. 22:00 "Real" Sosyedad - "Vilyarreal" - LİG TV 2 22:00 "Alkorkon" – "Kordoba" - LİG TV 3 22:00 "Klub Afrikan" - "PSJ" - LİG TV 00:00 "Tottenhem" - "Çelsi" - Lig TV 3, Smartspor 2, Matç! Futbol 1, İdman Azərbaycan TV. 00:15 "Real" Madrid - "Sevilya" - LİG

Ulduz futbolçuya modeldən ŞOK təklif

Uzun müddət sürücülük hüququndan məhrum olan Dortmundun "Borussiya" klubunun futbolçusu Marko Roys tanınmış modelyer Cordan Karverdən maraqlı təklif alıb. Offside.com.az xəbər verir ki, 30 yaşlı model xanım Almaniya millsinin üzvünün sürücüsü olmaq istədiyini deyib. Karver bildirib ki, 24 saat ərzində Roysun sürücüs olmağa hazırdı. Ancaq bunun həyata keçməsi üçün 27 yaşlı yarımmüdafiəçi