“Napoli” Qnabri və Yarmolenko ilə maraqlanır

“Napoli” klubu qış transfer dövründə heyətini hücumçu ilə gücləndirmək istəyir. Neapolluların əsas transfer hədəfi “Verder”in gənc oyunçusu Serj Qnabridir. “Bundesliqa”da 15 oyuna 7 qol vuran 21 yaşlı oyunçu yayda “Arsenal”dan transfer edilmişdi və uğurlu performansı ilə bir neçə klubun diqqətini cəlb etməyi bacarıb. Digər transfer hədəfi isə “Dinamo” Kiyevin oyunçusu Andrey Yarmolenkodur. Qnabri məsələsində danışıqlar uğurla getməsə, italyan klubu bütün fikirlərini ulraynalı futbolçunun transferinə yönəldəcək.
61 baxış