“Morata komandada çox vacib rol oynayır”

“Real” Madrid klubunun baş məşqçisi Zinədin Zidan Alvaro Morata haqda gəzən transfer söhbətlərinə aydınlıq gətirib. Fransalı mütəxəssis bunları deyib:
“Bura Moratanın evidir və o, özünü burada rahat hiss edir. Onun “Yuventus”a geri dönəcəyi haqda gəzən söz-söhbətlər həqiqəti əks etdirmir. Alvaro bu komandada çox vacib rol oynayır”.
Bu mövsüm “La Liqa”da 12 oyuna çıxan hücumçu 5 qola imza atıb.
48 baxış