İspaniya futbol terminologiyası – ÜÇÜNCÜ HİSSƏ

Nəhayət, İspaniya futbol terminologiyasına aid sil-silə yazılarının sonuncu hissəsi. Ola bilər, kiməsə bu yazılar maraqlı gəldi, kiməsə darıxdırıcı. Bu terminləri əzbər bilməyə ehtiyyac yoxdur. Sadəcə, bu yazılarla sizə futbol terminologiyalarının maraqlı tərəflərini göstərmiş oldum. Əlbəttə, daha çox termin bildikdə futbol anlamında daha “təhsilli” və daha “savadlı” olursuz. Keçirik sonuncu üçüncü hissəyə. Başladıq.

“Runrún”. “Vızıltı” kimi təbule edilir. Əgər komanda yaxşı oynamırsa və azarkeşlər buna şad deyillər, amma eyni zamanda da öz narazılıqlarını bildirmirlər. Bu halda ispanlar “runrun“ın olduğunu deyirlər.

“Palomita”. Hərfi mənada “popkorn”. Futbol mənasında isə qapıçının topu üçaraq dəf etməsi. Digər tərəfdən. “palom” “göyərçin” deməkdir. Ola bilər, qapıçının məhz göyrərçin kimi üçaraq seyv etməsi buna bir işarədir.

Explotar“. Hərfi mənada “partlatmaq”. Oyunçu nəhayət öz ən yaxşı oyununu göstərdikdə, bu sözdən istifadə edirlər – “o, partlatdı”.

Dinámica“. Hərfi mənada “dinamika”. Bu termini ingilis şərhçiləri istifadə etmirlər, ispanlar isə əgər komanda yaxşı oynayıb qələbə qazanırsa, yaxşı “dinamika”dan dəm vururlar.

Suplenetes“. Ehtiyyat oyunçular skamyasındakı oyunçular. Rezervlər? Ola bilər. Problem ondadır ki, “reserva” heyətdən qalan oyunçulara da deyilir. Rezervlər çox vaxt ikinvi komandada olurlar.

Sociedad“. Xeyr, bu, komanda deyil. İspaniyada heçkim Bask komandasını “Sosyedad” deyərək çağırmır, çünki bunun mənasə “cəmiyyət”dir. Əgər hətta “Real Madrid”ə “Madrid” deyə bilərsinizsə, bu, o demək deyil ki, “Real Sosyedad”a “Sosyedad” deyə bilərsiniz. Çünki komanda San Sebastyanı təmsil edir.

Athletic“. Əgər “Atletik” komandasını qəzəbləndirmək istəmirsinizsə, komandanı “Bilbao” olaraq çağırmayın. Hətta “Atletik Bilbao” demək belə risklidir. Uzun forması belədir – “Atletik Klub de Bilbao”. Qısa olaraq “Atletik Klub”. Daha qısa “Atletik”.

“Prueba de fuego“. Hərfi mənada “alov sınağı”. Əgər oyun ‘prueba de fuego’dursa, bu o deməkdir ki, çox vacibdir və komandanın və ya oyunçunun real səviyyəsini göstərəcək.

Bicicleta“. Hərfi mənada, “velosiped”. Düşünə bilərsiniz ki, “hə, bilirəm, başıüzərindən zərbə!”. Əsla belə deyil. İspan şərhçiləri üçün ‘bicicleta’ bu deməkdir – “bir addım irəli”. Bir çox oyunçuların istifadə etdiyi o məşhur fint – top üzərində aldadıcı hərəkətlər. Şəkildə görə bilərsiniz.

Bəs, ispanlar “bisiklet zərbəsi” və ya ” başıüzərindən zərbəyə” nə deyirlər. “Chilena“! Yəni, “Çilidən”. Əfsanəyə görə, bu zərbəni ilk dəfə İspaniyada cəhd edən çilili oyunçu olub. Ona görə də “chilena” olaraq qalıb.

Gol olímpico“. Yenə də futbol tryuku. “Qol olimpiko” künc zərbəsindən vurulan qola deyilir. Niyə belə? Niyə “olimpiya qolu”? Çünki 1928-ci ildə keçirilən Olimpiya Oyunlarında bu cür qolu ilk dəfə Argentina-Uruqvay oyununda vurulub və Uruqvay qalib gəlib.

Entorno“. Oyunçuya və ya idarə heyətinə yaxın insanlar və mənbələr. Əsasən jurnalistlər tərəfindən istifadə edilir və hər hansı məlumatın mənbəsinə sitat gətirmədən xəbər verilir. Məsələn, “El entorno de Messi”, yəni “Messiyə yaxın olan insanlar” və ya “Messinin ətrafı”, söhbət qardaşından tutmuş ailə dostunadək ola bilər.

Paquete“. “Bağlama” deməkdir. Bununla belə, pis oyunçuları təsvir edir. Dəqiq səbəbi bilinmir.

“Pichichi” və “Zamora“. Bunları bilirsiniz. Bilməyənlər də bilsin. “Pichichi” mükafatı “La Liqa”da ən çox qol vuran oyunçuya, “Zamora” mükafatı isə turnirdə ən az qol buraxan oyunçuya verilir. Hər ikisi də “Marca” tərəfindən verilir. Hər ikisi də əfsanəvi oyunçuların adını daşıyır. Zamora İspaniya futbolunun ən yaxşı qapıçısı hesab edilir, Piçiçi isə “Atletik”in 20-ci əsrin 10-20-ci illərində məhsuldar hücumçusu olub. Maraqlıdır ki, Piçiçi heç vaxt “La Liqa”nın bombardiri olmayıb, çünki o, turnir təşkil edilməmişdən əvvəl oynayıb.

Arrasar“. Tərcümə etsək, hər hansı komandanı “məhv etmək”, “əzmək” kimi olacaq. Bununla belə, təkcə futbol oyunlarında olmur. Məsələn, “Barselona”ın bir dəfə “Qızıl top” mükafatına 3 namizədi olmuşdu.

Hacer pleno“. Bu söz boulinqdən gəlir, yəni “dağıtma”. İngiliscə “strike”. Futbolda isə desəz ki, məsələn, mükafat mərasimində “hacer pleno”, bu o deməkdir ki, bütün mükafatları qazanıldı.

Señorío“. Ola bilər, eştimisiniz ki, “Real Madrid” fanatları özlərinin “señorío”sı haqqında danışırlar. Bu, ləyaqət və lütf deməkdir.

Seny“. Bir dəfə “Barsa”nın bir sloqanı oldu: ‘Pit, seny i collons’. “Seny” bu mənadadır: bir şeyi etməmişdən əvvəl iki dəfə düşün və ya etdiyindən diqqətli ol.

Enchufado“. Oyunçu yaxşı formada olan zaman və ya hər şeyi düzgün edəndə, deyilir ki, o, “enchufado”. Hərfi mənada, “qoşulmaq” deməkdir.

Beləliklə, bəzilərini təbrik edirəm ki, “bu mənasız yazılar bitdi”, bəzilərinə isə “bu maraqlı yazılar” bitdiyi üçün təəsüflər edirəm. Hər hansı fikirlərinizi, təkliflərinizi və, ümumiyyətlə, bu tip yazılara münasibətinizi şərhlərdə yazmaqdan çəkinməyin.

743 baxış