Heyətdən kənarlaşdırılan futbolçu Rusiyaya köçə bilər

“Qalatasaray”da heyətdən kənarlaşdırılan Yasin Öztekin iş yerini dəyişə bilər. Offside.com.az xəbər verir ki, yarımmüdafiəçi ilə “Rubin” maraqlanır. Ruslar 29 yaşlı oyunçu üçün İstanbul təmsilçisinə 4 milyon avro təklif edib. Yasinin məlumat toplamaq üçün Gökdeniz Karadenizə zəng etdiyi bildirilir.
Qeyd edək ki, Yasin bu mövsüm “Qalatasaray”ın heyətində 14 oyunda meydana çıxıb və 7 qol vurub.
76 baxış