“Həmişə Messi ilə birgə çalışmaq istəmişəm”

“Sevilya” klubunun baş məşqçisi Xorxe Sampaoli “Marca” qəzetinə müsahibə verib. Argentinalı mütəxəssis Messi və Ronaldo haqda fikirlərini bölüşüb:
“Ronaldo möhtəşəm oyunçudur. Onun bir problemi var – karyerasının zirvəsində Messi ilə bir dövrdə oynamaq.
Mən hər zaman Messi ilə birgə çalışmaq istəmişəm. Argentinanın baş məşqçisi olmaq istəsəm də, bu arzum hələ də gerçəkləşməyib. Hal-hazırda hər şey heç də mənim əlimdə deyil”.
66 baxış