Arşavin ən yaxşı seçildi

Qazaxıstan çempionatında 2016-cı ilin ən yaxşı futbolçusu müəyyənləşib.
Offside.com.az xəbər verir ki, “Kayrat”ın rusiyalı yarımmüdafiəçisi Andrey Arşavin ötən ilin ən yaxşı oyunçusu seçilib. O, jurnalistlər arasında keçirilən sorğuya əsasən, bu mükafata layiq görülüb.
Qeyd edək ki, Arşavin Qazaxıstan çempionatında 28 oyunda 8 qol vurub, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
67 baxış