Yeni mövsüm Premyer Liqada mübarizə aparacaq klublardan 2-si dəqiqləşib

Növbəti mövsüm Premyer Liqada mübarizə aparacaq I Divizion təmsilçilərindən 2-si müəyyənləşib. Offsside.com.az xəbər verir ki bu barədə Sportinfo.az-a AFFA-dan məlumat verilib. Federasiyadan redaksiyamıza bildirilib ki, “Səbail” və “Zaqatala”nın gələn yaydan etibarən elitada iştirak edəcəyi dəqiqdi:
“Artıq hər iki kluba tapşırıq verilib ki, planlarını bu istiqamətdə qursunlar. İstər “Səbail”, istərsə “Zaqatala” yenə AFFA-dan maliyyələşəcək. “Səbail”ə başqa sponsorların cəlb olunması planlaşdırılmır. Ancaq “Zaqatala” ilə bağlı belə bir variant yaransa, dəyərləndiriləcək.
Hazırda hər iki klubun rəhbərliyi lisenziyalaşdırma tələblərinin yerinə yetirilməsi ilə məşğuldu. Biz də kömək edirik. Burda məqsəd yerli futbolçuların, xüsusən gənclərin oynamasına imkan yaratmaqdı. Legioner gətirmələrinə icazə veriləcək, amma məhdud sayda”.
106 baxış