Daha bir ulduz Çinə getdi – ilinə 18 milyon qazanacaq

Rusiyanın “Zenit” klubunun belçikalı futbolçusu Aksel Vitsel karyerasını Çində davam etdirəcək.
Offside.com.az xəbər verir ki, “Yuventus”un heyətinə qatmaq istədiyi 27 yaşlı yarımmüdafiəçini Çinin “Tyanszin Çyuançzyan” komandasının 3 illik müqavilə təklifini qəbul edib. Asiyalılar Vitsel üçün illik 18 milyon avro maaş verəcək.

“Yuventus”a keçidi gündəmdə olan Vitsel transferinin reallaşmasından sonra Turin klubundan üzr istəyib: “Yuventus”dan üzr istəyirəm, ancaq belə təklifdən imtina edə bilməzdim”

Qeyd edək ki, sözügedən transferdən “Zenit” 7 milyon avro qazanıb.
110 baxış