“Mankunianlar” ardıcıl 6-cı qələbəni qazandılar (video)

"Premyer Liqa"da son 5 oyundan qalib ayrılan "Mançester Yunayted" yeni ildə ilk oyununu da qələbə ilə bitirdi. "Vest Hem"in qonağı olan "mankunianlar" rəqibin say azlığından da istifadə edərək Mata və İbrahimoviçin qolları sayəsində oyundan 3 xalla ayrıldılar: 0-2

Yeni mövsüm Premyer Liqada mübarizə aparacaq klublardan 2-si dəqiqləşib

Növbəti mövsüm Premyer Liqada mübarizə aparacaq I Divizion təmsilçilərindən 2-si müəyyənləşib. Offsside.com.az xəbər verir ki bu barədə Sportinfo.az-a AFFA-dan məlumat verilib. Federasiyadan redaksiyamıza bildirilib ki, "Səbail" və "Zaqatala"nın gələn yaydan etibarən elitada iştirak edəcəyi dəqiqdi: "Artıq hər iki kluba tapşırıq verilib ki, planlarını bu istiqamətdə qursunlar. İstər "Səbail", istərsə "Zaqatala" yenə

“Everton” “Sauthempton”a rəhm etmədi (video)

Son turlarda özünə gəlməyə başlayan "Everton" 20-ci turda "Sauthempton"la qarşılaşdı. Oyuna ciddi itkilərlə çıxan rəqibinə ev sahibləri rəhm etmədi. 3-0 hesablı qələbə qazanan mersisaydlılar 7-ci pillədə möhkəmləndilər.

“Lester Siti”dən növbəti xal itkisi (Video)

İngiltərə Premyer Liqasında 20-ci tura 1 oyunlar start verilib. Son çempion "Lester Siti" "Midzbro"nun qonağı olub. Offsidde.com.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada hesab açılmayıb.

“Əsas məqsədimiz liqanı tərk etməməkdir”

"Uotford"un baş məşqçisi "Tottenhem"lə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. İtalyan mütəxəssis klubun hazırki vəziyyətini qiymətləndirib: "Burada olduğum ilk gündən bəri hər gün rəhbərliklə əlaqə saxlayıram. Buraya gəldiyimdən bəri bizim əsas məqsədimiz autsayder zonasından uzaqlaşmaq və liqada qalmağa çalışmaqdır. Turnir cədvəlinə nəzər yetirsək görərik ki, bizim gözlədyimizdən daha yaxşı çıxış edirik. Biz

Kolodzeyçak Almaniyaya yollana bilər

"Sevilya" klubunun müdafiəçisi Timote Kolodzeyçak karyerasını Almaniyada davam etdirə bilər. "Kicker"in yazdığına görə, 25 yaşlı futbolçu ilə "Borussiya" Münhenqladbax ciddi maraqlanır. Transfer qiymətinin 7.5 milyon avro olacağı deyilir.

“Qəbələ”nin 3 üzvü Ukraynanın rəmzi komandasında

Ukraynanın nüfuzlu “UA-Football” portalı 2016-cı il üçün ölkənin xarici klublarında çıxış edən legionerlərindən ibarət rəmzi komandanı tərtib edib. Offside.com.az xəbər veirr ki, komandada “Qəbələ” klubundan 2 futbolçu yer alıb. Bunlar qapıçı Dmitri Bezotosnı və müdafiəçi Vitali Vernidubdur. Bundan başqa, “Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk rəmzi komandanın baş məşqçisi seçilib.

Robben: “Real” məni satmaq üçün çox çalışırdı”

“Bavariya”nın yarımmüdafiəçisi Aryen Robben 2009-cu ildə “Real”dan ayrılaraq Mühnen təmsilçisən gəlməkdə tərəddüd etdiyini etiraf edib. Offside.com.az xəbər verir ki, “Fox Sports”a danışan ulduz futbolçusu bunları söyləyib: “Florentino Peresin qayıtmasıyla çox dəyişiklik oldu. Böyük transferlərin reallaşacağı bildirildi. Kriştiano Ronaldo, Kərim Benzema, Kaka və Xabi Alonso kimi futbolçular alındı. Bir neçə oyunçunun da satılacağı