Şeydayev Azərbaycana gəlməyəcək: Portuqaliya variantı daha realdı

Offside.com.az xəbər verir ki, milli komandamızın hücumçusu Ramil Şeydayev karyerasını Portuqaliya elitasında davam etdirə bilər.
Şeydayevin Türkiyə “Trabzonspor”unda oyun praktikasından əziyyət çəkməsi və baş məşqçi Ersun Yanalın onunla işbirliyində maraqlı olmaması futbolçumuzun yeni klub axtarmasını şərtləndirib. Qardaş ölkənin 3 klubu ona müştəri düşsə də, millimizin üzvü ölkəni dəyişəcək. Əldə etdiyimiz informasiyaya görə, Ramil Portuqaliyanın elita klublarından birinin maraq dairəsindədi və hazırda danışıqlar davam edir.
İlk ağla gələn komanda Emin Mahmudov və Kamran Ağayevin şərəfini qoruduğu “Boavişta” olsa da, mənbəmiz Şeydayevin başqa klubla danışıq apardığını bildirdi. Yeni ilin ilk günlərində Ramilin karyerasını hansı komandada davam etdirəcəyinə aydınlıq gələcəyi gözlənilir. Onun Almaniyada oynamaq ehtimalı da var, lakin Azərbaycanda oynaması mümkün deyil.
futbolinfo.az
5. 488 baxış