Rəşad Sadıqov 5-ci dəfə ilin futbolçusu seçildi

“Qarabağ”ın və Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov daha bir sorğuda ilin futbolçusu seçilib.
Offside.com.az Qol.az-a istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi “Futbol+” qəzetinin ənənəvi sorğusunda 2016-cı ilin ən yaxşı futbolçusu olub.
Bununla da Sadıqov 5-ci dəfə ölkəsinin ən yaxşısı olub. Bunadək Rəşad 2004, 2005, 2010, 2013-cü illərdə “Futbol+” sorğusunun qalibi adını qazanıb. Bu dəfə səsvermədə 177 nəfər, o cümlədən Qol.az iştirak edib və Sadıqova səs verib.
Xatırladaq ki, Rəşad daha öncə İdman Araşdırmalar Mərkəzinin səsverməsində 2016-cı ilin ən yaxşı futbolçusu seçilib.
58 baxış