Biri oynadı, biri yox

Portuqaliyanın “Boavişta” klubu yoxlama oyununda qüvvəsini sınayıb. Offside.com.az xəbər verir ki, azərbaycanlı futbolçular – Kamran Ağayevlə Emin Mahmudovun komandası aşağı liqa təmsilçisi “Penafiel” ilə qarşılaşıb. Oyun “Boavişta”nın qələbəsi ilə bitib – 1:0.
Emin bu matça start heyətində başlayıb və fasilədə əvəzlənib. Kamran isə hazırda Azərbaycanda olduğundan, oyunun iştirakçısı olmayıb.

apasport.az

90 baxış