Qrey 3 qol vurdu, “Bernli” qələbə qazandı (video)

Öz meydanında "Sanderlend"lə qarşılaşan "Bernli" rəqibinə heç bir şans vermədi. Endi Qreyin het-triki ilə yadda qalan oyun ev sahiblərinin 4-1 hesablı qələbəsi ilə yekunlaşdı. https://www.youtube.com/watch?v=A01XlFbRars  

“Zadəganlar” rəqib tanımır (video)

2016-cı ilin son günündə "Premyer Liqa"nın lideri "Çelsi" doğma meydanda "Stok Siti" ilə qarşılaşdı. Qol vəziyyətləri ilə bol olan oyundan sonda ev sahibləri 4-2 hesablı qələbə ilə ayrıldı. Bununla da "zadəganlar" ardıcıl 13-cü qələbəni qazanmış oldular.

Valdesin möhtəşəm oyunu da “Midlsbro”nu xilas etmədi (video)

2016-cı ildə "Mançester Yunayted"in son rəqibi "Midlsbro" oldu. Oyunda tam üstün tərəf "qırmızı şeytanlar" olsa da,hesabı qonaqlar açdı. Viktor Valdesin də inamlı oyunu sayəsində son 5 dəqiqəyə kimi hesabda öndə olan "Midlsbro" bu üstünlüyü 2 dəqiqədə itirdi. Marsial və Poqbanın qolları ev sahiblərinə 3 xal qazandırdı: 2-1

“Premyer Liqa”da Barkli ovu

"Everton"un mərkəz yarımmüdafiəçisi Ross Barkli bir neçə "Premyer Liqa" klubunun maraq dairəsinə düşüb. 23 yaşlı ingilis futbolçunu "Tottenhem", "Arsenal" və "Çelsi" klubları transfer etmək istəyir. Bu haqda "The Telegraph" məlumat yayıb. Hələlik təklif edilən məbləğlər haqda heç bir məlumat verilmir.

Sillessen 2 həftəlik sıradan çıxdı

"Barselona" klubunun qapıçısı Yasper Sillessen sağ ayağından zədə alıb. Bu səsəblə holland qolkiper 2 həftə oyunlarda iştirak edə bilməyəcək. Xəbəri katalan klubunun rəsmi saytı da təsdiqləyib. Sillessenin 5 yanvar "Atletik" Bilbao və 8 yanvar "Vilyarreal"a qarşı oyunlarda iştirak etməyəcəyi dəqiqdir.

Prandelli istefaya göndərildi

"Valensiya" klubunda növbəti məşqçi istefası gerçəkləşib. Kluba yenicə gətirilmiş Çezare Prandelli tutduğu postdan istefa verib. Onun istefasına səbəb rəhbərliyin onun istəklərini yerinə yetirməməsi, işlərinə qarışması göstərilir. Maraqlıdır ki, 3 illik müqaviləyə qol çəkmiş Prandellinin bu klubda ömrü cəmi 3 ay çəkdi. Qeyd edək ki, "yarasalar" hazırda "La Liqa Santander"də 17-ci pillədə