“Şmeyheli satmaq fikrimiz yoxdur”

“Lester Siti”nin baş məşqçisi Klaudio Ranyeri Kasper Şmeyhel haqda gəzən transfer söz-söhbətlərinə aydınlıq gətirdi. İtalyan mütəxəssis Şmeyhelin bu qış satılmayacağını bildirdi.
“Şmeyhelin klubla müqavilə var. Onu satmaq fikrimiz yoxdur. Bizim pula ehtiyacımız yoxdur. Onun hansısa kluba transfer olunmasından söhbət belə gedə bilməz. “Liverpul”dan üzr istəyirəm, ancaq onlar Şmeyhelsiz də titul qazana bilərlər”.
79 baxış