İtaliya “İnter”inin 7 transfer hədəfi

İtaliyanın “İnter” klubu qarşıdakı yayda heyətini bir neçə ulduz futbolçu ilə gücləndirməyi planlaşdırır.
Offside.com.az xəbər verir ki, Milan klubunun çinli sponsorlarının – “Suning” şirkətinin rəhbərliyinin siyahısında xeyli sayda futbolçunun adı var.
Belə ki, “İnter” “Fiorentina”dan Federiko Bernardeski, PSJ-dən Marko Verratti və Qjeqoj Krıxovyak, “Roma”dan Kostas Manolas, “Latsio”dan Stefan de Vrey, “Sassuolo”dan Françesko Açerbi və “Benfika”dan  Nelson Semedu ilə maraqlanır.

qol.az

142 baxış