İspaniya futbol terminologiyası – İKİNCİ HİSSƏ

İspan futbol temrinləri ilə tanış olmağa davam edirik. Əvvəlki yazıda siz artıq bir neçəsi ilə tanış oldunuz. Bu dəfəki hissədə siz daha qəliz və az rastınıza çıxanları biləcəksiniz. Necə deyərlər, “vamos!”.
“Cuerpo a cuerpo“. Bu söz birləşməsi daha çox ingilis futboluna aiddir. Bir çox əcnəbi oyunçular adaya köçdükdən sonra orada oyunlara fiziki cəhətdən hazır olmurlar. Yəni, orada sərt və kontaktlı futbol daha çox qəbul edilir. Hərfi tərcümə etsək “vücub vücuda” deməkdir.
 
“Killer”. Təxmin etmək olar, söhbət nədən gedir. İspan futbol terminlərində ingilis sözünü nadir hallarda istifadə edirlər (istisnalar, “corner“, “penalti“, “chut“). İspaniyada bitirici hücumçuya, yəni qolçuya “killer” deyirlər. Söhbət klassik “9 nömrədən” gedir, “süni 9 nömrə”dən deyil.
 
“Tener una cuenta pendiente con”. Biraz qəliz məsələ olsa da, anlatmağa çalışacam. Deməli, futbolda elə anlar olur ki, bir zaman oyunçular və ya məşqçilər qarılaşırlar, hər hansı biri digəri üzərində yaddaqalan qələbə qazanır və ya təsiredici an yaşadır, bir müddət keçdikdən sonra həmin rəqiblər fərqli rollarda bir-birinə rast gəlirlər və həmin məğlub olan tərəf və ya acı an yaşayan tərəf ona bunu yaşadandan əvəz çıxmağa çalışır. Yəni, belə deyək, birinin o birisinə “ödəməyə borcu qalır ki, ondan acığını çıxsın”. Misal? “Qranada”-“Barselona” oyunundan əvvəl diqqətlər komanda məşqçilərində idi. “Qranada”nın məşqçisi və “Atletiko”nun keçmiş qapıçısı Abel Resino “Barsa”lı Luis Enrikeyə qarşı. İspanlar bu cür dedilər: “Resino “tenía una cuenta pendiente con” Enrique”. Söhbət isə 1991-ci ildə olub. Belə ki, məhz Luis Enrike Abel Resinonun 1275 dəqiqə “quru seriya”sına son qoymuşdu! Əlbəttə, Resino öz acığını Luçodan çıxa bilmədi, çünki “Barsa” rəqibi səfərdə 3-1 hesabı ilə məğlub etdi.
“Mantenerse a la estela de”. Davamı olaraq, “Barsa” o 3-1 qələbə ilə “Real Madrid”i turnir cədvəlində yaxından izləməkdə davam etdi. “Mantenerse a la estela de” deməkdir ki, bir komanda digərini titul uğrunda mübarizədə uzağa buraxmır və “relslərdə yaxındır”.
 
“Ganar la espalda”. Hərfi mənada “kiminsə arxasını qazanmaq”. Söhbət cəld vinqerlərdən və sürətli hücumçulardan gedir, onlar rəqib müdafiəsini keçərək gerid qoyan zaman bu anlam ortalığa çıxır. Məsələn, Luis Suarez o “Qranada” oyununda “ganó la espalda indistintamente a Babin o Cala”, yəni Babin və Kalanı daima arxada qoyurdu, onların daima arxasında idi.
 
“Chutar al muñeco”. İspanca “kuklalardan” söhbət getsə də, əslində hər hansı oyunçunun topu düz qapıçının üstünə vurması deməkdir.
 
“Pase de la muerte”. Gözəl kəlmədir, “ölümcül ötürmə”. Çox vaxt oyunçunun komanda yoldaşına düz boş qapı ağzına etdiyi assistə deyilir.
 
“Pollo”. Hərfi mənada, “toyuq”. Amma digər tərcümə də var. “Qatmaqarışıq” və ya “kütləvi mübahisə”. Hər hansı bir dəqiq söz tapmaq çətindir. Məsələn, əgər meydanda oyunçular arasında gərgin anlaş yaşanırsa, mübahisələr baş qaldırırsa, ara qızışırsa, ispanlar buna “pollo“nun olduğunu deyirlər.
 
“Piña”. Tərcümə etsək “ananas” deməkdir. Digər iki tərcümə də var. Biri “zərbə”, digəri “qəbilə” demədir.İkincidə söhbət komanda daxilində oyunçuların bir-birinə yaxın olmasından gedir. Onlar “pina“, yəni “ananas” təşkil edirlər.
 
“Liderato”. Yaxşı sözdür. Ümumi olaraq “liderlik” deməkdir. İngilis dilində “lidership” az istifadə edilir. İspanlar, məsələn, belə deyə bilərlər: “¡A por el liderato!”. Yəni, “liderliyə doğru”. İngilislər isə “Go for the top position!” deyirlər, yəni “ən üst pilləyə doğru”.
 
“Sotana”. Kahinlərin geyndiyi o qara libas. Futbol anlamında bu, topun ayaqlar arasında keçməsi deməkdir. Buna həmçinin “caño” (boru) və ya “túnel” (tunel” deyirlər. Lakin “sotana” ən gülməlisidir. Bu, libasın uzun olmasından irəli gəlir. Əgər oyunçunun ayaqları arasından top keçərsə, ona “sotana geyn!” deyə qışqırıb ələ salmaq olar.
 
“Patatal“. Kartof meydançası. Aydın məsələdir. Meydan bərbad vəziyyətdə olanda ona belə deyirlər.
 
“Chupagol”. Danışıq dilindən gəlir. Oyunçunu çox asan qol vurması deməkdir. Yəni, hücumçu heç bir əziyyət çəkmədən qol vurur.
 
“Palomero”. Yenə də danışıq dildən gəlir. Hərdən şərhçilər amma istifadə edirlər. Böyük ehtimal “palo” (dirək) sözündən gəlir. Məsələn, həm məhlə futbolunda, həm də peşəkar futbolda elə oyunçular olur ki, əsasən də hücumçular, yalnız meydançanın rəqibə aid hissəsində durur, geriyə qayıtmır, müdafiə olunmur. Rəqibin qapısının ağzında durur, vəssalam və top gözləyir. Bu, “palomero“dur.
 
“Empanada”. Xəmirin içini hər hansı bir şeylə doldurulan qida məhsulu. El arasında “perojki”. Futbolda bəs nə deməkdir? Bu, meydandan oynamayan və, demək olar, “yatan komanda”ya deyilir.
 
“Nevera”. Soyuducu. Futbolla nə əlaqəsi? Hamı bilir ki, ispan hakimləri ən yaxşı biriləri deyillər. Onlar səhv edən zaman, Federasiya onları bir neçə oyunluq kənarlaşdırır. Bu mənada “meter en la nevera”, yəni “onları soyuducuya qoyur” və ya “dondurur”.

“Cabrón”. Bu, təhqirdir. Mənası da “keçi” deməkdir. İspan stadionlarda yerli azarkşlər qonaq komandanın qapıçısının vaxtı uzatmaq üçün topu qapıdan zərbə ilə oyunda daxil edən zaman ləng tərpənməsi zamanı bu sözü qışqırılır. Yəni, əgər azarkeşlər görürlərsə ki, qapıçı topu asta-asta topu götürür, artıq “caaaaaaaaaaaaaaa” deyərək qışqırırlar və yalnız topa zərbə endirilən zaman sözü bitirlər – “bronnnnn”. Nəticədə qapıçı bütün stadionda təhqir olunur. Onu da deyim ki, artıq Federasiya bunun qarşısını almaq üçün tədbirlər görür, bu cür hallar yaşananda yerli komandaları cəzalandırır.

“Chupón”. Danışıq dildə topu çoxvaxt özündə saxlayan və nadir hallarda ötürmə edən oyunçuya deyilir. TV-də eşitmək çətin, amma bar və pablarda çox vaxt.
 
“Tirar del carro”. Hərfi mənada “maşını itələmək” deməkdir. Yəni, komandanın işləri yaxşı getməyən zaman lider kimi özünü göstərmək
 
“Hacer la cama”. Sözbəsöz “çarpayı düzəltmək” deməkdir. Futbolda mənası isə “məşqçinin istefaya göndərilməsi üçün zəif oyun göstərmək”,
Ardı var…
699 baxış