“Poqba dünyanın ən yaxşı yarımmüdafiəçisidir”

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo “SFR Sport”a verdiyi açıqlamada Poqba haqda danışıb. Portuqaliyalı mütəxəssis fransız oyunçu haqda bunları deyib:
“İnsanlar “Qızıl Top” haqda fikirlərini dəyişə bilərlər. İndiki vaxtda əgər hücumçu deyilsənsə, o mükafatı udmaq şansın demək olar ki yoxdur. Bekkenbauer, Kannavaro, Fiqu kimi oyunçuların bu mükafatı udması möcüzə kimidir. Başqa cür olsa, Poqba bu mükafatı qazana bilər. O, yarımmüdafiəçidir, hücumçu deyil. Ancaq bununla belə o, qollarının sayını daha da artıracaq. Məncə, Poqba dünyanın ən yaxşı yarımmüdafiəçisidir”.
61 baxış