Kriştiano Ronaldo növbəti mükafatını qazandı

Bu gecə Qətərin paytaxtı Doha şəhərində nüfuzlu “Globe Soccer Awards” mükafatlarının təqdimolunma mərasimi keçirildi. İlin ən yaxşı oyunçusu mükafatını “Real” Madridin portuqaliyalı ulduzu Kriştiano Ronaldo qazandı. Futbolçu özü təqdimetmədə iştirak edə bilməsə də, canlı bağlantı ilə öz çıxışını etdi.
Həmçinin digər nominasiyalarda da qaliblər müəyyənləşdi. “Real” Madridin prezidenti Florentino Perez “İlin prezidenti”, Fernandu Santuş “İlin məşqçisi”, Mark Klatenburq “İlin hakimi”, italyan Mino Rayola isə “İlin meneceri” nominasiyasında qalib gəldi.
70 baxış