İspaniya futbol terminologiyası – BİRİNCİ HİSSƏ

İspaniya “La Liqa”sının izləyiciləri çoxdur. “Laliqaçıla” bilirlər ki, oyunların şərhləri zamanı və ümumiyyətlə İspaniyada xüsusi futbol terminlərindən istifadə edilir. Bu yazıda sizi həmin maraqlı terminlərlə tanış edəcəm.  Başladıq.
 
“Pañolada”. Bu sözün hər hansı tərcüməsi yoxdur. Bilirsiniz bu nədir? İspaniyada stadionlardakı azarkeşlər oyunun hər hansısa məqamında ağ dəsmalları çıxarıb sallayırlar və bununla da öz etirazlarını bildirirlər. İspancadan “pañuelos” “dəsmallar” deməkdir. Bu ənənə öküzlərin döyüşündən başladı, bununla da o döyüşləri izləyənlər şoudan həzz aldıqlarını göztərmiş olurdular. Futbolda da bu hal ola bilər, lakin çox vaxt azarkeşlər bu jestlərlə ya oyunları idarə edən hakimlərdən, ya da yerli komandanın yürütdüyü hər hansı addımlardan narazılığını göstərmiş olurlar.
 
“Manita”. Bu, çoxlarına tanış termindir. “Mano” “əl” deməkdir. Əldə isə beş barmaq olur. Belə, “manita” istifadə edən zaman hansı bir komanda rəqibə beş qol vurduğunu göstərmiş olur. Ən məşhur “manita”nı məşhur “Barsa”-“Real” oyunundan xatırlayırıq. 5-ci qoldan sonra Xerar Pike əlini stadiona göstərərək, “manita”nın rəsmləşdiyini “elan etdi”.
 
“Cambiar el chip”. Hərfi mənada, “elektron çipi dəyişmək” deməkdir. Bununla hər hansı düşüncə və oyun tərzini dəyişməyin lazım olduğunu göstəririlər.
 
“Jornada”. Həftə. “Həftə” dedikdə biz bazar ertəsindən bazar gününədək günləri nəzərdə tuturuq, bir həftədə iki “jornada” ola bilər. Məsələn, həftənin birincvə yeddinci günləri. Ona görə də “jornada”nı “tur” kimi də qəbul etmək olar.
 
“Calendario”. Hərfi mənada “kalendar” və ya “cədvəl” deməkdir. Buna baxmayaraq, “calendario” dedikdə “turları və oyunları” nəzərdə tuturlar. Oyun isə ispanca “partidos” deməkdir.
 
“La ley del ex”. Bu söz birləşməsi daha çox Cənubi Amerikada istifadə edilir. Əgər oyunçu öz keçmiş komandasına qol vurursa, o zaman bu kəlməni deyirlər. Tərcümə etsək “keçmiş qayda” kimi səslənir.
 
“Golazo”. Çoxları bunu bilir. İspaniyada bir şeyi böyütmək və şişirtmək sevilən bir xüsusiyyətdir. Ona görə də “-azo” suffiksini sözlərin sonuna qoymaq adi haldır. “Golazo”nu bilirsiniz, “əla qol” deməkdir. Digər hallarda da olur. Məsələn, “Alkorkon” “Real Madrid”i “Kopa del Rey”də turnirdən kənarlaşdıranda buna “Alcorconazo” deyərək təsvir etdilər. İnyesta Dünya kubokunun finalındalı qolu “iniestazo” oldu. Və sair.
 
“Alta médica”. Hər hansı oyunçu zədədən tam sağaldıqdan sonra həkimlər onun oynamağa hazır olduğunu deyirlər. ‘Tener el alta médica’ dedikdən “xəstəxanadan buraxılmaq” deməkdir. Bəzi oyunçular isə bu “alta medica”sız da oynayırlar. Çox vaxt bu, “yaşıl tibbi işıq almaq” kimi də tərcümə edilir.
 
“Goleada”. Bir komandanı 3-dən çox qolla məğlub etmək.
 
“Crack”. Bu, komandanın ən yaxşı oyunçusu və ya ən yaxşılardan biri deməkdir. İngiliscə buna “star”, yəni “ulduz” deyirlər, bununla belə bu iki söz üst-üstə düşmür.
 
“Mediapunta”. Məsələn, İsko “mediapunta” mövqeyində oynayır, Modric də o, mövqedə oynayardı, indi isə o, “mediocentro”dur (yarımmüdafiəçi, klassik anlamda). “Mediapunta” “hücumameyilli mərkəz yarımmüdafiəçisi” deməkdir. İtalyanlarda bu, məşhur “trequartista”dır. İngiliscəsi, demək olar ki, dəqiq yoxdur. “Midfielder” və “mediapunta” arasında fərq var. Burada taktiki sxemlər öz rolunu oynayır.
 
“Canterano”. Bu sözü tanıyanlar çoxdur. Komandanın rezerv və ya əvəzeedici komandalarından olan oyunçudan söhbət gedir. Məsələn, Çavi “Barselon” “canterano”sudur. Bir çoxları bu adla fəxr edirlər və uzun illər gənc komandalarda oyunlarına verilən qiymət kimi qəbul edirlər, əsas komandaya çağırılan zaman.
 
“Así gana el Madrid”. Hərfi mənada, “məhz bu cür “Real Madrid” qələbə qazanır”. Bu sloqanın iki mənası ola bilər. Birincisi və orijinal mənası, hakimlərin “Real Madrid”ə kömək etməsindən gəlir. İkinci mənasında isə azarkeşlər “Madrid”in yaxşı oynayaraq qalib gəlməsini nəzərdə tuturlar.
Ardı var…
862 baxış