Robben “Zenit”in transfer siyahısına düşüb

“ItaSport Press”in yazdığına görə, “Zenit” klubu “Bavariya”nın holland oyunçusu Aryen Robbeni transfer etmək istəyir. Baş məşqçi Mirça Luçeskunun kluba transfer etmək istədikləri oyunçuların siyahısında holland ilk sıralardadır. Münhen klubunun isə 10 milyon avrodan yuxarı təklif gələcəyi halda oyunçunu başqa kluba buraxa biləcəyi deyilir.
2009-cu ildə “Bavariya”ya transfer olunan Robben bu illər ərzində klubda 80 qol vurmağı bacarıb.
80 baxış