Dəniz Yılmaz oynadı komandası məğlub oldu

Millimizin futbolçusu Dəniz Yılmazın şərəfini qoruduğu “Bursaspor” Türkiyə superliqasında növbəti oyununa çıxıb.
Offside.com.az xəbər verir ki, Bursa təmsilçisi 16-cı turda səfərdə “Gənclərbirliyi” ilə qarşılaşıb. Bu matçda “Bursaspor” 1-3 hesabı ilə uduzub.
“Gənclərbirliyi” – “Bursaspor” – 3:1
Qollar:
Serdar Gurler, 4 (1:0), Kubilay Kanatsizkus, 17 (1:1), Serdar Gurler, 77 (2:1), Uğur Ciftci, 83 (3:1)
Millimizin futbolçusu Dəniz Yılmaz start heyətdə meydana daxil olub və 9 meydanda olub.

Qeyd edək ki, 16 turdan sonra “Bursaspor” 27 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb

50 baxış