Emin Mahmudov: “Boavişta”da mənə “qara siyahı”ya salmışdılar”

Rusiyanın “Sovetski sport” qəzetinin bugünkü sayında Azərbaycan milli komandasının  yarımmüdafiəçisi Emin Mahmudovla geniş müsahibə dərc edilib. Offside.com.az xəbər verir ki, sualların əksəriyyəti Eminin hazırda çıxış etdiyi “Boavişta”dakı karyerasına həsr olunub.
– Portuqaliyaya gəldiyiniz ilk vaxtlar niyə oynamırdınız?
– Məşqçi mənə etimad göstərmirdi.  Bilmirəm, nəyə görəsə gəldiyim ilk gündən “qara siyahı”ya düşdüm.  Yeni məşqçinin gəlişindən sonra isə hər şey dəyişdi. O cümlədən mənə münasibət də.

– Migel Leal hələ “Moreyrerse”də çalışanda gənc futbolçularla işləməyi bacarırdı.

– O, yaxşı motivatordur. Psixologiyadan başa çıxır. Bundan başqa, taktika və pressinq üzərində çox işləyir.
– Onun hansısa fikirlərini xatırlayırsınız?
– Deyir ki, öz arzunuzu qurun və hansı vəziyyətin yaranmasından asılı olmayaraq, indan imtina etməyin. Öz arzunuzun arxasında gedin.
– Portuqaliya dilini hansı səviyyədə bilirsiniz? Rus oyunçu, sizin də yaxından tanıdığınız Vitali Lıstsov bugünlərdə yerli jurnalistlərə (yeri gəlmişkən, “Boavişta” ilə oyundan sonra) portuqal dilində müsahibə vermişdi. 
– Məişət səviyyəsində fikrimi çatdıra bilirəm. Amma çətin cümlələr olanda anlamıram. Axı, cəmi 5 aydı burdayam. Buna baxmayaraq, hamı bildirir ki, portuqal dilində tez öyrənirəm.
– Deməli, siz də bu dildə müsahibə verə bilərsiniz?

– Yox, müsahibə çətin olar (gülür).

– Yəqin ki, “Nasyonal”la matçın ən yaxşı oyunçusu sayılmağınız sizi sevindirdi? (Mahmudov 2:0 hesabı ilə bitən həmin matçda ilk qolun müəllifi olub – red.)
– Əlbəttə. Amma belə qiymətin daha çox olması üçün öz üzərimdə yenə çalışmalıyam. Səviyyəni qorumaq lazımdır.
– Nəzərə alsaq ki, qol vurmusunuz, sizi yanvarın 8-dəki oyunda da meydanda görə bilərik?
– Ümid edirəm. Hər şeyi məşqçi həll edir.
– Siz Portunun özündə, yoxsa yaxınlığında yaşayırsınız?
 – Şəhərin mərkəzində. Düzdü, köhnə şəhərdə yaşamıram, amma çay kənarına yaxınam.
– Yəqin ki, Portunun şərab zirzəmilərində olmusunuz. Onlar mərkəzdədir.
– Mən müsəlman olduğum üçün şərab içmirəm.Ona görə də ora getməmişəm. Portuda şərab zirzəmilərindən başqa hər yerə getmişəm.
– Portuqaliyada ən çox nəyi bəyənirsiniz?
– Buranın mühiti istidir. Şəhər sakit, təmiz və ürəyəyatımlıdır. Futbol mənasında isə meydanlar xoşuma gəlir.
– “Boavişta”nın ən hörmətli oyunçusu kimdir?
– Mənə qol ötürməsini verən hücumçunu qeyd edə bilərəm. Sonra bizim qapıçımız Kamran Ağayev. Sağ kənar yarımmüdafiəçimiz Yuri Medeyruşun da adını çəkə bilərəm.

Qol.az

183 baxış