“Biz 2 xal itirdik”

"Kristal Palas" klubu Sem Ellerdaysın rəhbərliyi altında çıxdığı ilk oyunda səfərdə "Uotford"la 1-1 bərabərə qaldı. Oyundan sonra Böyük Sem oyun haqda bunları deyib: Biz 2 xal itirdik. Ancaq oyunumuz bizə optimist düşünməyə imkan verir. Komandanın rəhbərliyim altında ilk oyunu idi və bu oyun səfərdə baş tutdu. Düşünürəm ki, qələbəyə layiq idik.

“PSJ”nin ulduzu “Fənərbaxça”da!

Türkiyə mətbuatının məlumatına görə "Fənərbaxça" Fransanın "PSJ" klubu ilə Hatəm Ben Arfa transferi üçün razılığa gəlib. Offside.com.az xəbər verir ki, "10" nömrə mövqeyinə Dieqonun gedişi sonra futbolçu axtaran İstanbul nəhəngi Ben Arfa ilə də razılıq əldə edib. Drakslerin "PSJ"yə keçidi bu transferi daha da tezləşdirə bilər. Lakin son Fransa çempionu futbolçusunu "sarı

“Arsenal” qələbəni 1 qolla qazandı (video)

"Premyer Liqa"da son 2 turda məğlub olan "Arsenal" 18-ci turda şeytanın qıçını sındıra bildi. "Vest Bromviç"lə qarşılaşan "topçular" sona 3 dəqiqə qalmış Jirunun qolu ilə 3 xalı qazanan tərəf oldular: 1-0

Zlatan yenə qəhrəmana çevrildi (video)

"Premyer Liqa"da son turlar yaxşı təsir bağışlayan "Mançester Yunayted" 18-ci turda qələbə qazanmağı bacardı. İbrahimoviçin 1 qol və 2 assistlə yadda qaldığı matçdan "qırmızı şeytanlar" 3-1 hesablı qələbə ilə ayrıldı.

“Bütün zamanların ən yaxşısı Ronaldodur”

Argentina millisinin və “Yuventus”un futbolçusu Qonsalo İquain İspaniya mətbuatına açıqlama verib. Offside.com.az xəbər verir ki, “Marca” qəzetinə danışan hücumçu bütün zamanların ən yaxşı futbolçusunun adını açıqlayıb: “David Trezeqe, Qabriel Batistuta, Ernan Krespo və Montello kimi ulduzları gənc yaşlarımda izləmişəm. Ancaq mənim üçün bütün zamanların ən yaxşısı braziliyalı Ronaldodur”. İquain komanda yoldaşı Paulo Dibala

Azərbaycanı bəyənmədi, Superliqa klubuna keçdi

Ukrayna millisinin hücumçusu Yevgeni Seleznyov 3-cü dəfə Donetsk “Şaxtyor”undan ayrılıb. Offside.com.az xəbər verir ki, bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb. Xəbərdə hətta Seleznyovun yeni komandasının adı da bildirilib. Belə ki, 31 yaşlı forvardın yeni ildən karyerasını “Karabükspor”da davam etdiriləcəyi bəyan edilib. O, Türkiyə klubu ilə 2,5 illik müqaviləni razılaşdırıb.